frontend.loading...

150+ Ölkədə Qlobal Güvən, Azərbaycanda Yerli Keyfiyyət

Haqqımızda

HERTZ dünyanın aparıcı avtomobil icarəsi markalarından biridir və 150 ölkədə 10 000-dən çox icarə məntəqəsi ilə fəaliyyət göstərir. 2014-cü ildən etibarən HERTZ Azərbaycanda da fəaliyyət göstərərək etibarlı xidməti, yüksək keyfiyyət standartları və peşəkar yanaşması ilə həm yerli, həm də xarici müştərilərin etimadını qazanıb.

HERTZ Azerbaijan qısamüddətli və uzunmüddətli avtomobil icarəsi xidmətləri təqdim edir. Geniş avtomobil parkımızda şəhər avtomobillərindən premium sedanlara, SUV modellərindən ailə və biznes səfərləri üçün uyğun nəqliyyat vasitələrinə qədər hər ehtiyaca cavab verən seçimlər mövcuddur.

Fəaliyyətimizin əsasını müştərilərimizə rahat, etibarlı və yüksək səviyyəli xidmət göstərmək təşkil edir. Sifariş anından icarənin tamamlanmasına qədər peşəkar komandamız hər mərhələdə sizin yanınızdadır. 24/7 fəaliyyət göstərən müştəri dəstəyi sayəsində istənilən vaxt suallarınıza cavab ala və operativ dəstəkdən yararlana bilərsiniz.

Bu gün Azərbaycanda hər kəs dünyanın ən tanınmış avtomobil icarəsi markalarından biri olan HERTZ-in premium keyfiyyətini, etibarlılığını və beynəlxalq xidmət standartlarını təcrübədən keçirə bilər.

Üstünlüklərimiz

150+ ölkə

HERTZ şirkəti 150-dən çox ölkədə təqdim olunur

10 000+ satış nöqtəsi

Dünya üzrə 10 000+ satış nöqtəsi

Yüksək keyfiyyətli xidmət

Fəaliyyətimizin təməl prinsipləri yüksək keyfiyyətli xidmət və müştəriyə fərdi yanaşmadır.

24/7 dəstək xidməti

24/7 fəaliyyət göstərən dəstək xidməti sayəsində istənilən vaxt sizi maraqlandıran suallara cavab, habelə lazımi kömək ala bilərsiniz

Geniş avtomobil seçimi

Bizim parkımızda siz fərdi istəyinizə uyğun avtomobil tapacaqsınız

Tərəfdaşlar